01.07.2025

Hulusi Akar: «Türkiyənin gücü, qüvvəti NATO-nun gücünün əlavə dəyəridir»

F-16 və F-35 ayrı-ayrı məsələlərdir. Biz Xarici Hərbi Satışlar çərçivəsində proseduru həyata keçirdik.

Bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

«F-16-larla bağlı lazımi məsləhətləşmələr apardıq, bu istiqamətdə işlər davam edir. F-35 məsələsi ilə bağlı oktyabrda ABŞ nümayəndə heyəti Türkiyəyə gəldi. Problemlər müzakirə olundu. Yeni ilin əvvəlində nümayəndə heyətimiz ABŞ-a gedəcək və bu barədə yenidən danışacaq. Mövqeyimizi açıq şəkildə bildirmişik, nəticəsini gözləyirik. Türkiyənin gücü, qüvvəti NATO-nun gücünün əlavə dəyəridir. Siz Türkiyənin hərbi gücünü açıq-qapalı embarqolarla məhdudlaşdırsanız, Ankaranın NATO-da fəaliyyəti necə olacaq?» — deyə Akar bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: