Erməniləri Afrikaya “bağlayan” nədir?
Coğrafiyanın üz qarası olan Ermənilər sən demə Həbəşləri də bezdiriblər. Belə ki, Efiopiyanın tarixçiləri dəfələrlə sübut ediblər ki, hayların istifadə etdikləri əlifba efiopiya xalqının qədim əlifbasıdır. Lakin dolma oğruları hər vəchlə iddia edirlər ki, bu hərflər dırnaqarası Böyük Ermənistana məxsusdur.
APA xəbər verir ki, məşhur efiopiyalı politoloq, tarixçi-alim Tekola Xaqos erməni yalanlarını ifşa edən yeni «Efiopiya əlifbası, onun yaradılması və təkmilləşdirilməsi tarixi»adlı kitab yazıb. Burada əsas diqqət efiopiya xalqının arxaikləşmiş qədim əlifbalarının ermənilər tərəfindən oğurlanmasına yer verilib. Tarixçi Tekola Xaqos Osmanlı tarixi barədə araşdırmalar apararkən son dövrlərə aid «erməni dilində» materiallarla rastlaşdıqdan sonra bu mövzuda kitab yazma qərarını verib. Soruşduqda isə bu dilin ermənilər tərəfindən mənimsənildiyini öyrənib. Bu barədə 2010-cu ildə mediaya açıqlama verən alim qarşılaşdığı vəziyyəti izah edərək bildirib ki, Ermənilər Efiopiya əlifbasını həyasızcasına oğurlayaraq erməniləşdiriblər. Son araşdırmaları barədə də mediaya açıqlama verən Tekola Xaqos etdiyi tənqidlərə görə, erməni ictimaiyyəti və erməni professorları tərəfindən hədələndiyini, təhdidə məruz qaldığını bildirib.
Tekola Xaqosdan SİTAT: Mən ilk dəfə 2010-cu ildə həqiqəti tapmağa çalışdım, 2010-2016-cı illərdə bir neçə müsahibəmi dərc etdirdim, orada bu məsələ ilə bağlı çıxış etdim, erməni tarixçilərini işə qoşulmağa və bu mübahisəli məsələləri sivil həll etməyə çağırdım. Cavab olaraq mən erməni tarixçi həmkarlarımdan yalnız alçaldıcı, qeyri-konstruktiv tənqidlər aldım, onların adlarını deməyəcəyəm. Düzünü desəm, heç vaxt gözləmirdim ki, afrikalılar haqqında irqçi zarafatlar eşidəcəm, onlar məni və bütün efiopiya xalqını meymunlarla müqayisə etdilər.»
Türkiyə və Osmanlı dövlətlərində ermənilər haqda da araşdırmalar üçün Ermənistan rəsmilərinə müraciət edən alim bu məqamda da xoş qarşılanmayıb.
Tekola Xaqosdan Sitat: 1915-ci il hadisələri ilə bağlı Ermənistan Milli Elmlər Akademiyasının akademiki Aşot Melkonyanla telefonla danışdıq. Mən araşdırma üçün vacib sənədlərin təşkili üçün xahiş etdim. Əvvəlcə mənimlə çox nəzakətli danışırdılar və buna təəccübləndim. Daha sonra isə o da mənim ləyaqətimi alçaltmağa başladı. Sonra erməni ictimaiyyətinə «Gürcü Ədəbiyyatı» qəzeti vasitəsi ilə açıq şəkildə müraciət etdim.
Bu dəfə erməni lobbisi məni hədəfə aldı. Kitablarımın nəşrlərinə mane olmağa çalışdılar.
Baş verənlərdən sonra mən əlavə faktları araşdırmağa başladım. Növbəti kitabımda ermənilərin digər yalanlarını ifşa edəcəyəm və bütün dünya erməni tarixçilərinin yad bir xalqın elmi və mədəni irsini oğurlamaq cəhdindən xəbər tutacaq».
SİTATIN SONU
Qeyd edək ki, Ermənilər iddia edirlər ki, istifadə etdikləri 38 hərfdən ibarət olan əlifba Mesrop Maştos tərəfindən V əsrdə yaradılıb.
Mənbə: Milli.Az