Suraxanı rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ağır atletika yarışı keçirilib
Azərbaycan Respublikasının müstəqilliyi uğrunda 20 Yanvar faciəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş ağır atletika yarışı Suraxanı rayonunda təşkil edilib.
Yarış ağır atletika üzrə Vahid müəllimin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının rəhbərliyi, Hərbi Komissarlığın əməkdaşları və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bununla yanaşı, tədbirə AVMVİB qaziləri və veteranları, eləcə də dünya çempionları və gənc idmançılar qatılıblar. Yarışın keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və idmanın inkişafına töhfə vermək olub.
.jpg)

.jpg)
.jpg)