08.09.2024

Araz çayı boyunca yol, İğdıra avtoban… — Ərdoğan

Əliyev mənə dedi ki, bu görüş (Soçi görüşü – red.) çox məhsuldar olub və Araz çayı boyunca dəmir yolu və avtomobil yolunun tikintisi məsələsi həll edilib. Bundan başqa, İğdıra avtoban haqqında da məsələ var, bu, Naxçıvan probleminin həlli, eləcə də Ermənistan vasitəsilə səyahət üçün uğurlu addım olacaq, insanlar sərhəddən keçə biləcək, mallar da daşınacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda azərbaycanlı həmkarı İlham Əliyevlə Soçi görüşünün nəticələri barədə söhbətindən söz açarkən deyib.

Ərdoğan Türkiyənin Cənubi Qafqazda «3+3» formatının nizamlanması üzrə təklifindən də söz açıb:

“Biz əvvəllər “altılıq platforması” yaratmağı təklif etmişdik: Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və mümkünsə, Gürcüstan. Bu platforma baş tutsa, o zaman bu mühüm inkişaf regionda sülh və əmin-amanlığa çevriləcək”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: