08.09.2024

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüş tarixi açıqlandı

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçidə görüşəcəyi açıqlanıb. 

Görüşün noyabrın 26-da Soçi şəhərində keçiriləcəyi bildirilib.

    Bu barədə RİA «Novosti» Kremlə istinadən məlumat verib.   

Məlumata əsasən, görüşdə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasını müzakirə ediləcək.

  Regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımları müəyyən edəcəklər.  

Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetirəcəkləri qeyd edilib.    

Mənbə: RİA

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: