Yəməndə ABŞ səfirliyinə basqın edildi
Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin «Ənsarullah» hərəkatı paytaxt Səna şəhərindəki fəaliyyətini dayandırmış ABŞ səfirliyinə basqın həyata keçirib.
Bu barədə təhlükəsizlik qüvvələrinin rəsmi açıqlamasında bildirilir. Vurğulanır ki, əməliyyat Yəmən polisinin iştirakı ilə baş tutub və səfirlikdə hələ də işləyən 25 nəfər saxlanılıb.
Saxlanılan şəxslərin sorğularının davam etdiyi və bölgədə araşdırmaların da aparıldığı diqqətə çatdrılır.
Mənbə: AlMasirah