Paşinyan DİN-in müavinini İstanbula göndərdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Polis rəisinin müavini Ara Fidanyanı İstanbula ezam edib.
Müvafiq məlumat hüquq-informasiya portalında dərc edilib.
Fidanyan noyabrın 21-dən 26-dək Türkiyədə olacaq. O, İnterpolun Baş Assambleyasının İstanbulda keçirilən 86-cı sessiyasında iştirak edəcək.
Mənbə: apa.az