Türkiyədə “ümumerməni oyunları”… — VİDEO
Xəbər verdiyimiz kimi, 5 avqustda Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Dağlıq Qarabağ bölgəsində “ümumerməni oyunları”nın açılışı mərasimi olub.
BDU-nun Erməni Araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük Elmi İşçisi İsmayıl Tanrıverdi “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oyunlara hazırlıq Türkiyədən başlanılıb, start isə avqustun 6-da Xankəndində verilib.
Onun sözlərinə görə, Türkiyədə yandırılmış məşəl daha sonra Qarabağa aparılıb. Bundan başqa, Türkiyənin 4 şəhərində keçirilən görüşlərdə ermənilər qondarma Qarabağ və Ermənistan bayraqlarını nümayiş etdiriblər.
P.S. Sən kimin yanındasan, Türkiyə?