01.07.2025

KƏLBƏCƏRDƏ HƏRBÇİLƏRİMİZ HƏLAK OLDU

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, hadisə nəticəsində hərbi qulluqçular — leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: