Şəhid ailəsi üzvü və müharibə iştirakçıları işlə təmin edilib
“Aqroservis ASC” tərəfindən “Məşğulluq marafonu” çərçivəsində 10 nəfər şəhid ailəsi üzvü və müharibə iştirakçısını işlə təmin edilib.
Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, cəmiyyətin vakant elan etdiyi 32 vəzifə üzrə 10 nəfər şəhid ailəsi üzvü və müharibə iştirakçısı “Aqroservis”in Şəki, Ağcabədi, Yevlax, Bərdə, Şəmkir, Xaçmaz regional nümayəndəliklərinin rayon bölmələrində və qurumun təsərrüfat sektorunda operator, iqtisadçı, sürücü və digər işlərlə təmin olunublar. Şəhid ailələri və müharibə iştirakçılarının vakant yerlər üzrə işlə təmin olunması davam etdiriləcək.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeli qurumları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulublar. Aksiyanın məqsədi torpaqlarımızın azad edilməsi uğrunda hərbi əməliyyatlarda canından keçən şəhidlərimizin və müharibə iştirakçılarının işlə təmin olunmasına yardım etməkdir.
“Aqroservis” ASC ilə yanaşı, digər tabeli qurumlar da bu çağırışlara həssaslıq nümayiş etdirərək qeyd olunan kateqoriyadan olan vətəndaşların işlə təmin olunması istiqamətində addımlar atırlar.