21.11.2024

“TİME” nəşrinin 3 ay öncədən XƏBƏRDARLIĞI – Meşə yanğınlarını kim planlaşdırıb?

Amerikanın gündəlik jurnalı olan “TİME”ın aprel buraxılışının üz qabığında meşə yanğınlarının harada olacağı barədə şəkil xəritə dərc edib.

Veteran.az Bizim.Media-ya istinadən xəbər verir ki, ABŞ dərgisinin proqnozuna elə birləşmiş ştatlardan başlamaq olar. Çünki iyulun 26-na qədər elə xəritədə göstərilən Kaliforniyada 5 min 566 yanğın baş verib.

Cənubi Amerikanın Amazon meşələrində də ara-sıra yanğınlar baş verir. Son illərin ən dəhşətli meşə yanğınları 2019-cu ildə olsa da, elə Braziliyanın özündə 2021-ci il iyulun 30-da da yanğın baş verib. 

Onsuz da “TİME” jurnalının yanğın anonsu verilər-verilməz elə xəritədə yandığını göstərdikləri Afrika da alovlanıb. CAR paytaxtı Keyptaunda hələ aprelin 20-də sakinlər evakuasiya olunurdu.

Xəritədə yanğın baş verəndən sonra yanğın ocağı kimi göstərilən yeganə yer Avstraliyadır. Belə ki, Avstraliyada meşə yanğınlıarı 2021-ci ilin 7 fevralında yaşanıb. Görünür jurnal Ceyms Kuk adasını gələcək yanğınlardan sığortalayıb.

Digər maraqlı fakt isə yanğın ocağı kimi Azərbaycanın yerləşdiyi regionun göstərilməsidir. Elə iki gün öncə Yardımlıdakı meşə yanğınlarını da “TİME”ın anonsları ilə bağlamaq olar. Amma…

Lakin dərgidə göstərilən yanğın ocaqlarından biri coğrafi ərazisini dəyişib. Yaxud dəyişdirilib. Çünki meşə yanğınları daha çox Xəzər hövzəsi yox, Aralıq dənizi sahillərinə üz tutub.

Türkiyədəki meşə yanğınlarını “Alov uşaqları” terror təşkilatı öz üzərinə götürüb. Bu təşkilat isə PKK/YPG qollarından biri hesab olunur. Yəni, işin arxasında kürd terrorçular var. Onların isə əsas dəstək yeri Ağ Evdir.

Vaşinqtonun başqalarının evini, meşəsini yandırmağını ekspertlər siyasi kinlə əlaqələndirirlər. Çünki 1814-cü ildə britaniyalılar Ağ Evin binasını yandırıblar və bununla da amerikanlar yanğın törətməkləri öyrənib, bu təbii fəlakətlərə vərdiş ediblər. Psixoloqlar bunu ilk insanın yanğından sonra bişmiş ət yeyib xörək bişirməyi öyrənməklərinə də oxşadırlar. 

Jurnalın üz qabığında xüsusi diqqət yetirilməli olan digər nüans isə xəritədə göstərilən yanğın ocaqlarının üzərində alışan kibritin təsvir olunmasıdır. Yəni, “meşələr havaların isti keçməsinə görə alovlanmır, biz yandırırıq”.

ABŞ kəşfiyyat orqanları görən nə fikirləşir? Dünyanı ən primitiv üsullarla ram etmək iddiası ilə yenidən ibtidai icma quruluşuna qaytarmağımı işarə edirlər?

Hər halda yaşadığımız Yer birdir və hamımızındır, bir qütübdə əsən yelin digər qütbə təsiri olmamış deyil.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: