Türkiyədə meşə yanğınları şiddətləndi: Alovlar yüksəlir
Alovların yaşayış məntəqələrinə yaxın ərazilərə çatması səbəbindən Antalyanın Gündoğmuş bölgəsində əhalinin təxliyəsinə qərar verilib.
Alovların evlərə yayılıb-yayılmadığı ilə bağlı hələ məlumat yoxdur. Adıgedən əraziyə giriş-çıxışlar qadağan edilib. Bölgəyə əlavə qüvvə, o cümlədən helikopterlər cəlb olunub.
Yanğının yaxınlaşması ilə dağın ətəyində yerləşən 2100 nəfər əhalisi olan Gündoğmuş kəndinin boşaldılmasına qərar verilib. Bölgədəki məscidlərdən evakuasiya elanları verilməyə başlanıb.
Bölgədə əsən güclü külək alovları və tüstünü rayon mərkəzinə yönəldib.
***
Türkiyədə 138 yanğın ocağından 129-u nəzarət altına alınıb.
Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
***
İzmirin Qaziəmir rayonunda da meşə sahəsində yanğın baş verib.
Havadan və qurudan yanğına müdaxilə edilir.
***
Muğla vilayətinin Marmaris bölgəsində yanğınların əhatəsi və şiddəti güclənib.
Havaların kəskin isti keçməsi və dəyişən istiqamətli külək söndürülmüş ocaqlarda soyutma və lokallaşdırma işlərini çətinləşdirir. Bir sıra hallarda göstərilən səbəblərdən sönmüş sahələrdə təzədən alovlar yüksəlir.
Hisarönü məhəlləsində yanğınların yaşayış məskənlərinə doğru səmt alması əhalini təşvişə salıb. Hazırda bu bölgə helikopterlərin intensiv çalışdığı ərazilərdəndir.
Mənbə: Axar.az