Biləsuvarda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib
Biləsuvarın Vətən müharibəsindəki qəhrəmanlarından olan Xəlilzadə Əmrah İnqilab oğlunun şəhadətə ucaldıqdan sonra ilk doğum günü qeyd edilib.
«Report»un Muğan bürosunun məlumatına görə, bu münasibətlə şəhidin məzarı ziyarət edilib.
Mərasimdə şəhidin yaxınları, qazilər, yerli sakinlər və rayon rəsmiləri iştirak edib.
Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.
Qeyd edək ki, Əmrah Xəlilzadə 1997-ci ildə Biləsuvar şəhərində doğulub. O, Vətən müharibəsi döyüşləri zamanı 26 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Ə.Xəlilzadə göstərdiyi rəşadətə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən «Vətən uğrunda»,»Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə (ölümündən sonra) təltif olunub.
Allah rəhmət eləsin!