27.07.2024

Şəhidin bank kartından pul oğurlayan şərəfsiz tutuldu

İyulun 26-da Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: