Tarixi zəfərin qürur hissəsi: 19 sentyabr antiterror əməliyyatları
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda Konstitusiya quruluşunun bərpa edilməsi, qanunsuz erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi və üçtərəfli bəyanatın müddəalarının təmin olunması məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanılmışdır.
Əməliyyatdan öncə Xocavənd rayonu ərazisində törədilən mənfur mina partlayışları nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşları da daxil olmaqla mülki və hərbi şəxslərimizin həlak olması bu qətiyyətli addımın atılmasını zəruri etmişdir. Azərbaycan Ordusu yüksək dəqiqlikli silahlardan istifadə edərək yalnız legitim hərbi hədəfləri, düşmənin döyüş mövqelərini və artilleriya qurğularını sıradan çıxarmış, mülki əhalinin təhlükəsizliyini tam təmin etmişdir.
Cəmi 23 saat davam edən və sentyabrın 20-si saat 13:00-da tərəflərin razılığı ilə dayandırılan uğurlu hərbi əməliyyatların nəticəsində qeyri-qanuni erməni silahlı dəstələri təslim olmağa, silah-sursatlarını təhvil verərək mövqelərindən çıxmağa məcbur edilmişdir.
Bu tarixi əməliyyat nəticəsində Azərbaycan Respublikasının suverenliyi bütün ərazimizdə tam bərqərar olunmuşdur. Əməliyyat zamanı Silahlı Qüvvələrimizin və Daxili İşlər Nazirliyinin 192 hərbi qulluqçusu heroism nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış, 511 hərbi qulluqçumuz isə yaralanmışdır.
AVMVİB Neftçala rayon şöbəsinin Anım müraciəti
Azərbaycan Müharibə Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsi və şəxsən öz adımdan 19 sentyabr antiterror əməliyyatlarında Vətən torpaqlarının bütövlüyü, suverenliyimizin bərqərar olması uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinirin qarşısında dərin ehtiramla baş əyirik.
Uca Allahdan şəhidlərimizə rəhmət, onların ailələrinə və doğmalarına səbir, dərin hüznlə başsağlığı diləyirik. Hərbi əməliyyatlar zamanı yaralanan qazilərimizə isə Uca Rəbbimizdən möhkəm cansağlığı və şəfa diləyirik. Şəhidlərimizin müqəddəs ruhu şad, məqamları uca olsun Amin!
Seyyid Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri