08.09.2024

Ermənilərin «itirdiyi» əsgərləri qəhrəman əsgərlərimiz «tapıb»

Bir neçə gün əvvəl Qara göl yaxınlığında Ermənistan silahlı qüvvələrinin iki hərbçisinin itkin düşməsi barədə xəbər yayılmışdı.

Ermənistan Müdafiə Nazirliyi Kəlbəcər istiqamətindəki hərbi hissələrdən birində qulluq edən Artur Nalbandyan və Aramis Torozyanın dumanlı hava şəraiti səbəbindən azaraq, itkin düşdüklərini bəyan etmişdi.

Bu gün məlum olub ki, Nalbandyan və Torozyan qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə keçiblər və bununla da dövlət sərhəddini pozublar. Məlumata görə, hər iki erməni əsgər Ordumuzun hərbçiləri tərəfindən saxlanılıblar.

Erməni tərəfi hər iki hərbçini geri almaq üçün rus sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: