22.11.2024

Xankəndindəki mitinqdə etiraz dalğası

Videolarda ermənilərin Xankəndində təşkil etdikləri tədbirlərdə baş vermiş pərdəarxası hadisələr haqqında görüntülər var.

Birinci videoda Bako Sahakyanın çıxışına mane olanlar onu «RƏDD OL!», «XƏYANƏTKAR», adlandıraraq kürsünü tərk etməsini tələb edirlər. Bu zaman MTX-nın rəisi Vanetsyan izdiham arasına gələrək acizanə şəkildə onlara yalvarır ki, «Xalqım can, bu gün olmaz, indi bu vacib tədbirə mane olmayın sonra nə istərsəniz edin, İmkan verin çıxışını başa çatdırsın.» (2- ci video)

1) https://www.youtube.com/watch?v=iAK3u1ZuNNQ

2) https://www.youtube.com/watch?v=gwzzu2thAtc

Üçüncü videoda isə Köçəryan tərəfdarları N. Paşinyanın çııxşına mane olaraq, ondan Köçəryanın azad buraxılmasını tələb edirlər.

3) https://hayeli.am/?p=143810&l=am

Onu da qeyd etmək lazımdır ki, Tədbir iştirakçıları arasında üzərində «Samvel Babayan»ın şəkili və adı olan maykalar geyinmiş insanların sayı da çoxluq təşkil edirdi.

Bir sözlə, gözlənildiyi kimi tədbirdə baş verən hadisələr başda N. Paşinyan olmaqla Yerevandan gələn «qonaqları» çox narahat edirdi.

Həm də Bakoya qarşı etirazlardan Paşinyanın məmnunluğu diqqət çəkir.

İsmayıl TANRIVERDİ

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: