Ərdoğan: «Şəhadətə yürümək üçün bir an belə tərəddüd etməyəcəkdim»
«Allah şahiddir, millətim də əmin olsun ki, o gecə çevriliş edənlər Marmarisdə və ya İstanbulda qarşımızda dursaydılar, şəhadətə yürümək üçün bir an belə tərəddüd etməyəcəkdim».
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə 15 iyul Demokratiya və Milli Birlik Günü münasibəti ilə təşkil edilən anım proqramında çıxış edərkən deyib.
O bildirib ki, Türkiyənin bənzər xəyanətlərə uğramaması üçün FETÖ başda olmaqla bütün terror təşkilatlarına, fitnə-fəsad ocaqlarına qarşı ayıq olmağa davam edəcəklər:
«Nə olursa-olsun, FETÖ-nün son üzvü zərərsizləşdirilənə və cəzasını çəkənə qədər mübarizəmiz davam edəcək. Millətə silah çəkənlər, millətin qanını tökənlər, millətin bayrağına və azanına göz dikənlər, millətin gələcəyini qaraltmağa çalışanlar bağışlanılmayacaqlar. FETÖ, PKK və ya digər terror təşkilatları haqqında haqq, qanun, ədalət bağlı kim yazırsa, başının arxasında ölkəmizə və millətimizə qarşı qaranlıq bir məqsəd durur».