21.11.2024

Azərbaycan əhalisinin sayında artım 0,2% təşkil edib

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin yanvar-may aylarında əhalinin sayı 16 139 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyun ayının 1-i vəziyyətinə 10 135 272 nəfərə çatıb.

Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: