22.11.2024

Şəhid Pəncəli Teymurovun atası xəstəxanaya yerləşdirildi

Aprel döyüşlərinin şəhidi Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Pəncəli Teymurovun atası Nurməmməd Teymurov ağır xəstədir. 


Şəhidin yaxınlarının modern.az-a verdiyi məlumata görə, Milli Onkologiya Mərkəzinə yerləşdirilən Şəhid atası Qaraciyər xəstəliyindən əziyyət çəkir. 


Bildirilib ki, N.Teymurovun müalicəsi və müayinəsi dövlət tərəfindən pulsuz aparılır. Şəhid atası bu gün əməliyyat olunmalı idi, lakin həkimlərin müayinəsi zamanı digər problemlər ortaya çıxdığından əməliyyat təxirə salınıb. 

Adının çəkilməsini istəməyən Şəhid qohumu dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: