21.11.2024

Pakistan ordusu 3 ŞƏHİD VERDİ

Pakistanın Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan dairəsində terrorçuların mühafizə qüvvələrini atəşə tutması nəticəsində üç əsgər həlak olub, bir nəfər yaralanıb.

Publika.az Pakistan mətbuatına istinadla xəbər verir ki, əyalətin Kvetta şəhərində mühafizə qüvvələri beş terrorçunu zərərsizləşdirib.

Qanlı hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: