Ann Linde Bakı və Yerevanın addımlarını alqışlayıb

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri, Ann Linde Azərbaycan və Ermənistan arasında ötən gün baş verən qarşılıqlı addımları alqışlayıb.
Ann Linde bu barədə Twitter səhifəsində paylaşdığı statusunda yazıb.
«Azərbaycanın əlavə olaraq 15 erməni məhbusunu azad etməsini və Ermənistan tərəfindən mina xəritələrinin verilməsini alqışlayıram. Rusiyanın vasitəçiliyi təqdirəlayiqdir. Ümid edirəm ki, daha çox etimadın möhkəmləndirilməsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında davamlı nizamlanmaya aparan yol ola bilər», — Ann Linde Twitter paylaşımında yazıb.(BBC)