ATƏT sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydı
ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (Amerika Birləşmiş Ştatları) birgə bəyanat yayıb.
«Qafqazinfo” xəbər verir ki, bəyanatda Azərbaycan və Ermənistan sərhədində baş verən son hadisələrə və bundan duyduqları narahatlığa yer verilib.
Həmsədrlər bildiriblər ki, tərəflər 10 noyabr atəşkəs bəyanatı ilə bağlı öhdəlikləri yerinə yetirməlidirlər:»Bu prosesdə tərəflərə kömək etməyə hazırıq”.