27.07.2024

Torpaqları çoxdan qaytarmalı idik — Şahnazaryan

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dediyinə əsasən, guya onun sələfləri Ermənistan adlanan müstəqil dövləti məhv ediblər. Bu, əlbəttə ki, yalandır. Ermənilərin heç vaxt müstəqil və özünü tanıyan dövləti olmayıb.

Veteran.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloqu Qrant Məlik-Şahnazaryan öz Feysbuk səhifəsində yazıb.

“Ter-Petrosyan erməni dövlətinin dağıdıldığını söyləyərkən yalanlar uydurur. Belə şey yox idi. Ermənistan həmişə asılı bir dövlət olub. Bizim heç vaxt müstəqil dövlətimiz olmayıb — nə yaxşı, nə də pis mənada”, — deyə o qeyd edib.

Onun sözlərinə görə, bu gün Ermənistanda çoxları əmindir ki, ermənilər Qarabağ torpaqlarını Azərbaycana çoxdan qaytarmalı idilər:

“Hətta mənə yaxın adamlar da deyirlər ki, biz bu torpaqları Azərbaycana qaytarmağa məcbur idik”, — deyə Məlik-Şahnazaryan yazır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: