Vətən Müharibəsi şəhidinin 19 yaşı qeyd edildi

Biləsuvarda Vətən müharibəsi şəhidi İlkin Məmmədovun doğum günü qeyd olunub.

Publika.az xəbər verir ki, bu gün şəhidimizin Biləsuvar şəhərindəki ata ocağı rayon ictimaiyyəti və döyüş yoldaşları tərəfindən ziyarət olunub.

Məmmədov İlkin Fərhad oğlu 27 mart 2002-ci ildə Biləsuvar rayonunda dünyaya göz açıb. Ailədə iki övlad olublar. İlkin ailənin yeganə oğlu olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Vətən müharibəsində qəhrəmanlığı, şəxsi şücaəti ilə seçilib.

Lakin sentyabrın 29-da Xocavənd uğrunda döyüş tapşırığını yerinə yetirərkən ağır mərmi yaraları alıb. Hərbçimiz həkimlərin səylərinə baxmayaraq, ötən il noyabrın 6-da şəhid olub və Bəydili kənd qəbristanlığında dəfn edilib.

Onun qəhrəmanlığı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, şəhidimiz «Vətən uğrunda» medalı ilə təltif edilib.

Bu gün həmçinin şəhidimizin məzarı yaxınları, rayon rəsmiləri və yerli sakinlər tərəfindən ziyarət edilib. Məzarı üzərinə tər çiçəklər qoyulub, ruhuna dualar oxunub, xatirəsi anılıb.

Allah rəhmət eləsin!

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •