10.05.2026

Bu gün Ulu Öndərimizin xatirə günüdür

Bu gün xalqımızın taleyində silinməz və parlaq iz qoymuş Heydər Əlirza oğlu Əliyevin xatirə günüdür. Allah Vətən üçün çalışanların əməyini zay etməz. Ey Vətən övladları, əziz ailəm, can dostlarım və silahdaşlarım! Bu yeni gün nurun zülmətə qalib gəldiyi bir ayə kimi ömrünüzə yazılsın. Ruziniz halal və bol, qəlbiniz mərhəmət dolu, ocağınızın tüstüsü dua kimi Ərşə yüksəlsin. Qəribin duası səbrin göz yaşı ilə yoğrular; o göz yaşı torpağa düşəndə torpaq susmaz, haqqın dərgahına bir nida olar.

İlahi, evsizlərə məskən, övladsızlara övlad, işsizlərə ruzi-qismət nəsib eylə; Sən Rəzzaqsan, mərhəmətlilərin ən mərhəmətlisi Sənsən. Allahım, xəstələrə şəfa, qazilərə qüvvət, şəhidlərimizə rəhmət, dünyasını dəyişənlərə məğfirət ehsan et. Üçrəngli bayrağımızın hər dalğasında iman nəfəsi, istiqlal ayəsi, haqqın işığı parlasın. Sərhəddə, səngərdə, qərib diyarlarda olan balalarımızı Öz amanında qoru; onları ata duasından, ana nəfəsindən, yurd istiliyindən ayrı salma.

Allahım qəlblərin sirrini yalnız Sən bilirsən – dilə gəlməyən arzuları belə eşidən Sənsən; gizli-aşkar bütün diləkləri xeyirlə qəbul eylə. Allahım, Vətən sevgisini imanla birləşdirən bu millətə zəval vermə. Çünki Vətən təkcə torpaq deyil – namusdur, əmanətdir, ilahi bir imtahandır. Bu həftə sonu hər ocağa sevinc, hər ürəyə ümid, hər addıma bərəkət gətirsin. Amin. Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbə sədri

Mübariz Eldar oğlu

AVMVİB-nin Neftçala rayon şöbə sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: