10.06.2026

Naxçıvanda “Qəhrəmanlıq dastanı” kitabının təqdimat mərasimi keçirilib

09.06.2026-cı il tarixdə AVMVİB Naxçıvan MR təşkilatının təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Texniki Kollecinin konfrans salonunda 1992-ci ildə şəhid olmuş qəhrəman Sədərək şəhidlərindən Əliyev Seyyad Əhəd oğlunun əziz xatirəsinə yazıçı-publisist Əjdər Pənahovun qələmə aldığı “Qəhrəmanlıq dastanı” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə AVMVİB Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı açmışdır. Tədbirdə şəhid ailələri, icra hakimiyyətinin məsul əməkdaşları, millət vəkilləri və şəhidin döyüş yoldaşları çıxış edərək öz ürək sözlərini bölüşmüşlər. Tədbirin sonunda təşkilatımız tərəfindən şəhid ailələrinə və veteranlara mükafatlar təqdim edilmiş, iştirakçılara kitablar hədiyyə olunmuşdur.

AVMVİB-in Mətbuat xidməti

98765

Whats-App-Image-2026-06-09-at-19-07-41

Whats-App-Image-2026-06-09-at-19-07-56

Whats-App-Image-2026-06-09-at-19-08-19

Whats-App-Image-2026-06-09-at-19-08-38

Whats-App-Image-2026-06-09-at-19-08-50

Whats-App-Image-2026-06-09-at-19-09-14

Whats-App-Image-2026-06-09-at-19-09-29

Whats-App-Image-2026-06-09-at-19-09-40

Whats-App-Image-2026-06-09-at-19-09-50

Whats-App-Image-2026-06-09-at-19-10-01

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: