Təbrik: Vüqar Əmirəhmədov — 54
Bu gün daha bir silahdaşımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şəki rayon şöbəsinin sədri Vüqar Nurəddin oğlu Əmirəhmədovun doğum günüdür. Vüqar müəllimin 54 yaşı tamam olur.
Vüqar Nurəddin oğlu Əmirəhmədov ömrünü Vətənə, dövlətə və xalqa xidmətə həsr etmiş, həyatın çətin sınaqlarından ləyaqətlə çıxmış, ətrafında olan insanların hörmət və rəğbətini qazanmış dəyərli ziyalılarımızdan biridir. O, həm müharibə veteranlarının problemlərinin həlli, həm də şəhid ailələri və qazilərin qayğılarının diqqətdə saxlanılması istiqamətində yorulmadan çalışan, daim insanların yanında olan vətənpərvər şəxsiyyət kimi tanınır. Vüqar müəllimin rəhbərliyi altında AVMVİB-in Şəki rayon şöbəsi veteranlarımızın sosial müdafiəsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində mühüm fəaliyyət göstərməkdədir.
Onun səmimiyyəti, yüksək təşkilatçılıq bacarığı, dövlətçiliyə sədaqəti və insanlara qayğıkeş münasibəti həm döyüş yoldaşları, həm də rayon ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilir. Vüqar müəllim öz fəaliyyəti ilə veteran hərəkatının inkişafına töhfə verən, üzərinə düşən ictimai vəzifələri məsuliyyətlə yerinə yetirən nümunəvi şəxslərdəndir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, ailə üzvləri, yaxınları, dostları, döyüş və iş yoldaşları Vüqar Nurəddin oğlu Əmirəhmədovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırlar.
AVMVİB-in Mətbuat xidməti
Elçin Qədirov






