29.03.2024

Pakistandan qardaşlıq notları: “Dil Hai Türkiyə, Pakistan, Jan Hai Azərbaycan”

Pakistanlı sənətçi Əsəd Qureyşi Türkiyə-Azərbaycan-Pakistan arasındakı möhkəm dostluq əlaqələrinə diqqət çəkmək üçün mahnı hazırlayıb.

Sənətçi mahnsını urdu dilində ifa edib.

Dostluq əlaqələrimizə diqqət çəkən mahnıda “Dil Hai Türkiyə, Pakistan, Jan Hai Azərbaycan” (Qəlbim Türkiyə və Pakistandır, canım Azərbaycandır) ifadələri yer alıb.

Pakistanın Lahor şəhərində çəkilən klipdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri İmran Xanın görüntülərindən də istifadə edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: