26.07.2026

AVMVİB-in Yardımlı rayon şöbəsi aztəminatlı ailələrə yardım göstərib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsi tərəfindən sosial dəstəyə ehtiyacı olan ailələrə yardım göstərilib.

Xeyriyyə təşəbbüsü çərçivəsində imkan daxilində müxtəlif ərzaq məhsullarından ibarət yardımlar hazırlanaraq ehtiyacı olan ailələrə çatdırılıb. Yardım aksiyası AVMVİB-in Yardımlı rayon şöbəsinin sədri, Qarabağ müharibəsi veteranının təşəbbüsü və xeyirxah insanların dəstəyi ilə həyata keçirilib.

Bildirilib ki, əsas məqsəd sosial qayğıya ehtiyacı olan ailələrə dəstək olmaq, onların yanında olmaq və cəmiyyətdə qarşılıqlı yardım, həmrəylik və xeyirxahlıq ənənələrinin davam etdirilməsinə töhfə verməkdir.

AVMVİB-in Yardımlı rayon şöbəsi bundan sonra da imkanları daxilində bu cür xeyriyyə təşəbbüslərini davam etdirməyi nəzərdə tutur.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: