19.04.2024

Şəhidlər ölməz, Vətən bölünməz!

Xəzər rayonu Mərdəkan qəsəbəsində şəhid Məmmədov Yusif Səxavət oğlu-nun qizi Məmmədova Dilək Yusif qizinin 4 yaşı tamam oldu. Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyinin Xəzər rayon şöbəsi şəhidimizin qızının ad gününü qeyd etmək üçün ailəsini ziyarət etmişdir.

Bu barədə sosial şəbəkədə AVMVİB Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev məlumat verib.

Şəhidimizə Allahdan rəhmət yaxınlarına səbr diləyirik.

Şəhidlər ölməz, Vətən bölünməz!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: