Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verilib

Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verilib.

Bu barədə İnterAz-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhərində yerləşən yeni binada 3 otaqlı mənzil nazirliyin sosial tərəfdaşları tərəfindən şəhid ailəsinə verilib. 

Bu gün mənzilin açarları şəhidin ailəsinə təqdim edilib.

Qeyd edək ki, 19 yaşlı Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn olunub. 

Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •