Allah rəhmət etsin!

Müharibə veteranı, polkovnik-leytenant Səfər Yarıyev qəflətən vəfat edib. Səfər Yarıyev 1992–1993-cü illərdə Ağdam və Füzuli rayonları uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Vətən müharibəsi dövründə isə əsgər və zabitlərə maddi və mənəvi dəstək göstərmişdir. O, Nəsimi rayonu veteranları ilə birlikdə mütəmadi olaraq döyüş bölgələrində əsgərlərlə keçirilən görüşlərdə iştirak etmiş, dəfələrlə fəxri Fərman, tətəşəkkürnamə və Fəxri diplomları ilə təltif olunmuşdur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi müharibə veteranı polkovnik-leytenant Səfər Yarıyevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
AVMVİB-in Mətbuat xidməti

