08.09.2024

Polad Ağamalıyev — 57

Bu gün daha bir silahdaşımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Samux rayon şöbəsinin sədri Polad Ağamalıyevin 57 yaşı tamam olur.

Polad Ağamalıyev həyatın ən sərt sınaqlarından üzüağ, alnıaçıq çıxmağı bacaran Vətən oğullarımızdandır. Hər zaman Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) tədbirlərində ön sıralarda yer alan Polad Ağamalıyevə ömrünün bu müdrik çağında onun üçün ən qiymətli hədiyyə cansağlığı arzu edirik.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, AVMVİB Mətbuat xidməti, səbəbkarın dostları, iş yoldaşları və yaxınları onu səmimi qəlbdən təbrik edir və həyatın ən şirin neməti olan sağlamlıq arzulayırlar!

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-06-27-at-23-27-33
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: