08.09.2024

Təbrik: İslam Səfərov — 58

Bu gün daha bir silahdaşımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) ictimai əlaqələr üzrə sədr müavini İslam Səfərovun doğum günüdür. Bu gün onun 58 yaşı tamam olur.

İslam Səfərov hər iki müharibəni öz həyatında yaşamış veteranlarımızdandır. O, 58 il öncə İsmayıllının dilbər guşələrindən olan Lahıcda dünyaya gəlib. Vətənin müdafiəsi çağrışına könüllü səs verən igidlərdən biri olub. Döyüşlərdə ağır yaralanıb. Onun müharibə əlilliyi 44 günlük Vətən müharibəsindən kənarda qalmasına heç də mane olmayıb. Əksinə, ilk gündən son günədək əsgərlərimizin yanına olub.

Bu gün ömrünün müdrik şağımı yaşayan İslam Səfərovu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, AVMVİB Mətbuat xidməti, döyüş və iş yoldaşları, dostları və yaxınları ürəkdən təbrik edir, ona uzun ömür cansağlığı arzu edir!

AVMVİB Mətbuat xidməti

1xaRQG

288666115-1734671943549543-8705685655521651008-n

3fOMJy-1

LvvYXZ-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: