“Salam olsun Şəhidlərə — 2” voleybol idman yarışı keçirilib

Bu gün 07.İyul. 2025 – ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsi Şəhidlərin xatirəsinə həsr edilmiş “Salam olsun Şəhidlərə — 2” adlı voleybol idman yarışının açılışı keçirildi. Tədbir S.Vurğun adına Bankə 2 saylı maktəbin voleybol meydançasında keçirildi. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsinin müavini Şəhid ailələri, Qazilər və Bankə qəsəbəsinin sakinləri işdirak edirdilər. Tədbiri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın süverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək açıq elan edildi. və Dövlət himni səsləndirildi. Tədbirdə acılış ücün söz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi -nin Neftçala rayon şöbəsinin müavini Manafov Rahim Məmmədəli oğluna verildi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB ) Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranlarını öz ətrafında birləşdirən içtimai təşkilat kimi 1994 -cü ildən fəaliyyət göstərir. Hazırda AVMVİB sədri Füzuli Rzaquliyev başda olmaqla təşkilatın sıralarında 93 mindən çox üzvü var. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən dövlətçiliyimizi, müdrük dövlət xadimi ümummilli lider Heydər Əliyevin və onun davamçısı, müzəffər ali baş komandan Prezident İlham Əliyevin siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bir aparıcı təşkilat olaraq gördüyü işlər, Azarbaycanda baş verən hadisələr və dünyada baş verən hadisələr barəsində Fədai. az, Veteran. az adlı internet mətubatında, o cümlədən «Veteran TV» internet televiziyasında yayımlayır. “Bu yarışda oynayan 12 komando hamısı bizim üçün qalib komandadır, çünki bu oyun şəhidlərimizin adına qurulmuş bir turnirdir” Şəhid ailələri Tədbirin yüksək səviyyədə keçirildiyini və tədbirin təşkilatçılarına görə başda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədri Füzuli Rzaquliyevə və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Neftcala rayon şöbəsinə öz təşəkürünü bildirdilər.
Bir il bundan öncə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun müdrü Araz Əhmədova söz vermişdi ki həril bu turniri kecirəcək elə o səbəbdəndə Salam olsun Şehidlərə — 2 yarışına start verildi Tədbirin ilk hissəsindən sonra oyun başladı. Oyunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədr müavini Rahim müəllim “Biz Şəhidlərin yadigarıyıq Şəhidlər ölməz Vətən bölünməz” deyərək topu oynçulara verdi. Turnirin təşkili olunmasına kömək göstəriyinə görə Bankə sakini Bağırov Murad Səfadət oğluna Təşkilat və Şəhid ailələri adından öz minlatdarlığımızı bildiririk. Turnirin kecirilməsi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon özəy sədri Abbasov Arif Mehi oğluna tapşırıldı və bu işdə göstərdiyi xidmətə görə başda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədri Füzuli Rzaquliyevə və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Neftcala rayon şöbəsi adından Arif Mehi oğluna öz təşəkürünü bildirdilər. İlk oyun Bankə “Şəhid Məhəmməd” ilə Neftçala “Zəfər” komandası arasında oldu. Oyun 3-0 hesabı ilə Bankə komandası qalib gəldi İkinci oyun Xəzərkənd – Xıllı “Şəhid Əkbər ” komandası arasında oldu. Oyun 0-3 heabı Xəzərkənd komandası qalib gəldi.
Turnirin İdarə Heyəti – Hakimlər Kollegiyası
“Salam olsun Şəhidlərə – 2” voleybol turnirinin ədalətli və şəffaf şəkildə keçirilməsini təmin etmək məqsədilə Hakimlər Kollegiyası fəaliyyət göstərmişdir. Bu kollegiya oyun qaydalarına ciddi riayət olunmasına nəzarət etmiş, bütün matçların obyektiv və peşəkar şəkildə idarə olunmasını təmin etmişdir.
Hakimlər Kollegiyasının tərkibi:
• Baş hakim: Qubadov Bahadur
• Köməkçi hakimlər: Tağıyev Emil
• Texniki nümayəndə: Müslüm müəllim
• Katib və protokol üzrə məsul şəxs: Mübariz Eldar oğlu
• Nəzarətçi: Abbasov Arif
• Təşkilat sədri ; Bağırov Murad Səfadət oğlu
Bu heyət oyunların gedişində yaranan bütün texniki və qayda pozuntusu ilə bağlı məsələləri araşdırmış və qərarların idman prinsiplərinə uyğun şəkildə qəbul edilməsinə nəzarət etmişdir.
Mübariz Eldar oğlu Hüseynov