AVMVİB rəhbərliyi Ağdam rayon şöbə sədrinin ailəsinə başsağlığı verdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Yevlax rayonunda Ağdam rayon şöbəsinin sədri Əliyev Fəxrəddin Abbas oğlunun həyat yoldaşının 40 mərasimi ilə əlaqədar olaraq mərhumun ailəsini ziyarət etmiş, dərin hüznlə başsağlığı vermişdir.
Tədbirdə iştirak edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin I müavini Vahid Abdurəhmanov, AVMVİB Ağdam rayon şöbəsinin sədri Fəxrəddin Əliyev, AVMVİB Bakı şəhər Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə, AVMVİB Gəncə şəhər şöbəsinin sədri Bəyanət Qasımov, AVMVİB Ağsu rayon şöbəsinin sədri Polad Mürsəlov, AVMVİB Ağdərə rayon şöbəsinin sədri Mərdan Paşayev, AVMVİB Göyçay rayon şöbəsinin sədri Zaur Qəribov, AVMVİB Şamaxı rayon şöbəsinin sədri Fuad Şəmiyev, AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, AVMVİB Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev, AVMVİB Kürdəmir rayon şöbəsinin sədri Fərəc Dadaşov, AVMVİB Saatlı rayon şöbəsinin sədri Elməddin Alşanov, AVMVİB Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov, AVMVİB Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov, AVMVİB Yevlax rayon şöbəsinin sədri Şahin Məmmədov və təşkilatın digər üzvləri mərhumun ailəsinə və yaxınlarına Allahdan rəhmət, səbir və dözüm arzulayıblar.
Ziyarət zamanı bildirilib ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi hər zaman üzvlərinin sevincli və kədərli günlərində onların yanındadır və bu həmrəylik təşkilatın əsas mənəvi dəyərlərindən biridir. Mərasimdə iştirak edənlər mərhumun xatirəsini ehtiramla yad ediblər.
AVMVİB-in Mətbuat xidməti
