Veteran adı və vəsiqəsi verilən şəxslərin sayı açıqlandı

Müdafiə Nazirliyində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” tərəfindən 7,4 min ərizənin baxılması təmin edilib.

Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, komissiyanın qərarları əsasında 1,4 mindən çox şəxsə müvafiq veteran adı və vəsiqəsi verilib (müharibə veteranı 1,2 min nəfər, Silahlı Qüvvələr veteranı 182 nəfər və Əmək veteranı 5 nəfər).

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •