16.07.2026

AVMVİB-in «Dəmir Yolları» şöbəsinin sədri Kürdəmirdə veteranlarla görüş keçirib

13 iyul 2026-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) «Dəmir Yolları» şöbəsinin sədri İlham Əzizov Kürdəmir rayonunda dəmiryolçu veteranları ilə görüş keçirib.

Görüş zamanı AVMVİB-in «Dəmir Yolları» şöbəsinin fəaliyyəti, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Eyni zamanda veteranları maraqlandıran məsələlər müzakirə olunub, onların sualları cavablandırılıb.

Sonda veteranlarla fikir mübadiləsi aparılıb, onların təklif və müraciətləri dinlənilib.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: