Şəhidimizin övladı dünyaya gəldi, atasının adı verildi

İsmayıllı rayonundan olan Vətən Müharibəsinin döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ramil Musayevin  oğlu dünyaya gəlib.

Bu gün doğum evindən evə yola salınan şəhidin ailəsini xəstəxana qarşısında rayon rəhbərliyi və «Yaşat» Fondunun əməkdaşları qarşılayıblar.

 Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonunun Aşağıbaş kəndində anadan olub. O, Vətən Müharibəsində Xüsusi Təyinatlı Dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib, 3 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Ramil Musayev doğulduğu İsmayıllı şəhərində torpağa tapşırılıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Musayev ölümündən sonra «Qarabağ” ordeni, «Vətən uğrunda”, «Füzulinin azad olunmasına görə” və «Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •