29.03.2024

Ordumuzun əsgəri ŞƏHİD OLDU

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu şəhid olub.


Bu barədə «Qafqazinfo»ya Səhman Musayevin yaxınları məlumat verib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.


Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Müdafiə Nazirliyindən isə «Qafqazinfo»ya bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.

Hadisə ilə bağlı Müdafiə Nazirliyindən  bildirilib ki, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən, təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

“Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Bir daha KİV nümayəndələrinə müraciət edərək bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər!”, – deyə məlumatda bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Allah rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: