25.04.2024

Türkiyə ordusu 8 PKK terrorçusunu MƏHV ETDİ

İraqın şimalındakı Qara bölgəsində həyata keçirilən əməliyyat zamanı 8 PKK terrorçusu məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

«Terrorçuların yuvalarını yıxmağa davam edirik. İraqın şimalındakı Qara bölgəsində kəşfiyyat və nəzarət vasitələrimiz tərəfindən aşkarlanan 8 PKK terrorçusu Hava Qüvvələrimiz tərəfindən məhv edildi. Əməliyyatlarımız əzmlə və qətiyyətlə davam edəcək», — deyə nazirlikdən bildirilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: