19.04.2024

İtkin düşmüş hərbçimizin nəşi tapılıb

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Veteran.az Qafqazinfo-ya istinadla xəbər verir ki, söhbət İsmayılov Rəcəb Nəcəf oğlundan gedir.

Qeyd edək ki, Rəcəbin axırıncı döyüş yeri Qubadlı olub. O, ailəsi ilə sonuncu dəfə oktyabrın sonlarında əlaqə saxlaya bilmişdi.

Xatırladaq ki, şəhid yaxınlarının müraciəti əsasında Rəcəb İsmayılovun axtarışı ilə bağlı elan vermişdik. Şəhidin ailəsinə dərin hüznlə başsağlığı veririk!

Allah rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: