19.03.2024

“Koroglu” ləqəbli əfsanəvi döyüşçü

Qurban Vahidov

Yeni Azərbaycan tarixinə I-ci Qarabag və II-ci Qarabag savaçı Azadlıq mücadiləsi kimi yazıldı. I-ci Qarabag savaşı Azərbaycan üzərinə Çanaqqala savaşında oldugu kimi Beynəlxalq İmperializm (ABŞ, Rusiya, Fransa və digər Avropa ölkələri) koalisiyasının basqısı ilə müşaiyət olundu.

Dünya ilə savaşda xalqımız çəkinmədi, qorxmadı, mərdlikə döyüşdü, işgalçı və onun tərəfindən vuruşanlara layiqli cavablarını verdi. I-ci Qarabag savaşının qəhrəmanlarından biri də Füzulu Ədəb oglu Rzaquliyevdir.

Keçdiyi döyüş yolundan danışmaga bir o qədər də həvəsli olmasa da, apardıgımız araşdırma iştirak etdiyi çoxsaylı döyüşlərin sayı, azad edilmiş məntəqə və qəsəbələrin adları yetərlidir ki, onlar barəsində qeyd etməmək mümkünsüzdür.“Əfsanəvi Şıx batalyonu”nun ilk zabitlərindən olaraq Daşaltı əməliyyatında ən az (cəmi 1 şəhid) itki verən və kəndə daxil olmaga bacarmış komandir olmuşdur. Gülüstanın tam azad olunmasının fəal iştirakçısı, Azad, Kamo, Buzluq, Manaşid, Sarısu əməliyyatlarının ugurla başa çatdırılmasında əməyi olmuşdur.

Onu da qeyd edək ki, Fizulu Rzaquliyev yaralandıgı günədək, Daşaltı istisna olmaqla heç bir döyüşü məglubiyyətlə başa vurmamışdır. İgidliyi və mərdliyinə görə döyüş yoldaşları ona “Koroglu” ləqəbi vermişdi. 12 iyul Tovuz təxribatından başlayaraq 44 günlük Vətən müharibəsi zamanı da ön sıralarda olmaga çalışmışdır. AVMVB rayon şöbələrini səfərbər edərək arxa cəbhədən Ordumuz üçün təşkil edilən yardımların çatdırılmasında iştirak etmişdir. Düşmənin Tərtər, Gəncə, Bərdə, Agdam, Agcabədi rayonlarında mülki əhalinin zenit-raket hücumu vaxtı vətəndaşlarımızın yanında olmuşdur.

Füzulu Rzaquliyev respublikamızın içtimai-siyasi həyatında da fəal iştirak edir. 64 min nəfərlik Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədridir. Müharibə veteranlarının sosial-məişət problemlərinin həll edilməsində, onların işlə təmin olunmasında, fərdi sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsində öz köməyini əsirgəmir.

Vətənin qeyrətli ogulları yaşadıqca dövlətimiz hər zaman var olacaqdır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: