Ad günün mübarək, şəhidim

Şəhid Etibar Əliyev adına 162 saylı orta məktəbdə şəhidin doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin şagirdləri, valideyinlər, müəllimlər, şəhidin ailə üzvləri və KİV nümayəndələri iştirak edirdilər. Bu məktəbin müəllim və şagird kontingenti ənənəvi və hər bir təhsil ocağına nümunə olacaq bir şəkildə hərbi vətənpərvərlik ruhlu tədbirlərə imza atdığı barədə dəfələrlə yazmışıq və digər təhsil ocaqlarına örnək göstərmişik.

Bu il də orjinal bir üslubda şəhid Etibar Əliyevin ad günü qeyd olundu. Tədbir Dövlət himninin ifası və şəhid ruhlarının 1 dəqiqəlik sükutla yad edilməsiylə və aprel şəhidlərinin anılmasıyla başladı. Məktəbin yuxarı sinif şagirdlərinin iştirakıyla şəhidin ad günü ilə bağlı tədbir, Çağrışa qədər hazıırlıq fənni üzrə hazırlanmış açıq dərs ilə başlandı və Vətən uğrunda aparılmış qəhrəmanlıq mübarizəsi video çarxlarla nümayiş etdirildi. Məktəbin çağrışa qədər hazıırlıq üzrə rəhbəri ehtiyatda olan mayor, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Sarvan Şirinov hərbi nailiyyətlərimiz, işğala məruz qalan bölgələrimiz və gənc nəslin hərbi-vətənpərvərlik barədə düşüncələrini debatla üzə çıxarmağa çalışması seyrçilər tərəfindən alqışlandı. Həmçinin ordu quruculuğuna Ali Baş Komandan İ. Əliyevin ayırdığı diqqət və qayğıdan bəhs edildi.

Məktəbin direktoru Sevinc Abbasova tədbirdə çıxış edərək Aprel zəfəriylə üst-üstə düşən şəhid Etibar Əliyevin ad günü, onun keçdiyi qısa və mənalı həyat yolundan söz açdı, şagirdlərə vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı və əsil vətəndaş olmanın şərtlərini xatırlatdı. Məktəb direktoru S. Abbasova öz çıxışında Vətən uğrunda mübarizənin vacibliyi, hər bir vətəndaşın tutduğu mövqedə bir qəhrəman kimi çalışmasını şagirdlərə tövsiyyə etdi.

Tədbirdə şəhidin atası Allahverdi Dərd çıxış etdi. O, tədbir iştirakçılarına və təşkilatçılara öz təşəkkürünü bildirdi. Ölkəmizin tanınmış jurnalisti, şəhid atası şagirdləri Vətəni sevməyə və hər an onun çağırışına səs verməyə çağırdı. Məktəb kollektivinin peşəkarlığı ilə daim qürur duyduğunu və şəhid adına ehtiram duyduğunu bildirdi.

Daha sonra şagirdlərin ifasında tədbirin ədəbi-bədii kompozisiyalarla zəngin olan II hissəsi məktəbin həyətindəki Şəhid Etibar Əliyevin baralyefinin önündə davam etdirildi.

Şəhid E. Əliyev adına 162 saylı orta məktəbin Çağrışa qədər hazıırlıq üzrə rəhbəri, keçmiş döyüşçü, AVMVİB üzvü Sarvan Şirinov məktəbdə hərbi vətənpərvərlik tərbiyəsində, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon şöbəsində və döyüşlərdə göstərdiyi xidmətlərə görə AVMVİB — in təsis etdiyi Xatirə medalları ilə təltif edildi.

Şəhidin ad günüylə bağlı II Şəhidlər Xiyabanına məktəblilərin yürüşü ilə şəhid məzrının ziyarəti planlaşdırıldı.

Ad günün mübarək, şəhidim!
Məkanın cənnət olsun!

Müəllif: Elnur SƏLİM

AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM
AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM
AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM
AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM
AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM
AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM
AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM
AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM
AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM
AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM
AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM
AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •