19.04.2024

Təltif olunanlar arasında AVMVİB üzvü də var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif etdiyi şəxslər arasında AVMVİB üzvü, müharibə veteranı Qorxmaz İldırım oğlu Aslanovun da adı var. Prezident fərmanı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunub.

Müharibə veteranı Qorxmaz Aslanovu təbrik edir və fəaliyyətində uğurlar arzu edirik.

Xatırladaq ki, Q. Aslanov Tərtər rayon İcra Hakimiyyəti Başçısının Ortakənd İƏD üzrə nümayəndəsi işləyir.

E. Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: