Almaniyada Leninə heykəl ucaldıldı

Almaniyanın Qelzenkirxen şəhərində Marksizm-Leninizm Partiyasının təşəbbüsü ilə inqilabçı, SSRİ-nin yaradıcılarından olan Vladimir Leninin iki metrlik heykəli ucaldılıb.

Bu barədə “Report” məlumat yayınlayıb.

Qeyd edilir ki, kansler Angela Merkelin təmsil olunduğu Xristian Demokratik İttifaqının, sağ radikalların, şəhər administrasiyasının bununla bağlı etirazı nəticə verməyib. 

Marksizm-Leninizm Partiyasının nümayəndəsi Peter Vayspfeninq agentliyə bildirib ki, bu, Leninin keçmiş Çexoslovakiyadakı abidəsidir. “Biz onu Avstriyadakı satıcıdan “ebay” vasitəsilə əldə etdik — «məxməri inqilabdan» sonra abidə orada idi. Biz onu almağa və ucaltmağa qərar verdik, çünki Qərbi Almaniyada indiyə qədər Leninin heç bir büstü və ya heykəli yox idi», — Vayspfeninq deyib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share