29.03.2024

Qafqaz koronavirus cəngində (Xülasə)

Bu gün Azərbaycanda bir nəfər COVID-19 koronavirus infeksiyasına görə ölüb. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 3 nəfərə çatıb.

Yeni yoluxanların sayı 29-dur. Yeni sağalanların sayı isə 5 nəfərdir, Azertac xəbər verir.

Nazirlər Kabineti yanında Operativ Qərargah ölən şəxsin martın 12-də Türkiyədən Azərbaycana qayıtdığı bildirir. 59 yaşlı şəxs «yüksək qızdırma və nəfəs darlığından» şikayətlənmiş şəxsin «xroniki bronxit olduğu» deyilir.

Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslərin müəyyən edilərək karantinə götürüləcəyi bildirilib.

Ümumilikdə, ölkədə 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

Ötən müddət ərzində yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı 20 mindən artıq test aparıldığı açıqlanıb.

Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Qərargah infeksiyanın yayılmasın yol verməmək üçün vətəndaşlardan bəzi tələblər olduğunu açıqlayıb:

  • Özünütəcrid tədbirlərinə uyğun davranmaq,
  • Yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq,
  • Digər şəxslərlə minimum kontaktda olmaq,
  • İnsanların sıx toplaşdığı yerlərə getməmək,
  • Mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək

Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.

Azərbaycanda koronavirusdan üçüncü ölüm və 29 yeni yoluxma halı qeydə alınıb.

Beləliklə, Azərbaycanda virusa yoluxanların sayı 122 nəfərə çatıb.

3 nəfər ölüb, 15 nəfər isə sağalıb.

Virusun üzə çıxarılması üçün 20 000-dən çox test edilib.

Region sakinləri arasında ilk yoluxma halları qeydə alınıb.

Gürcüstanda fövqəladə vəziyyətlə bağlı qadağalar xeyli sərtləşdirilib

Yeni qadağalar aşağıdakılardan ibarətdir:

● Ölkədə dəmiryolu nəqliyyatının işi tamam dayandırılıb;

● İctimai nəqliyyat vasitələri ilə şəhərlərarası sərnişindaşıma qadağan edilib;

● Amma rayon mərkəzləri və kəndlər arasında mikroavtobuslarla hərəkətə icazə verilir;

● Hələlik fərdi avtomobillərlə hərəkətə qadağa qoyulmayıb.

● Bütün növ idman məşqləri, həm qapalı məkanda, həm də açıq havada mədəni tədbirlər qadağan edilib;

● Bütün konfranslar və seminarlar yalnız onlayn rejimdə keçirilə bilər.

● Bir yerdə 10 nəfərdən artıq insanın toplaşmasına qoyulan qadağa qüvvəsində qalır.

Martın 21-dən Gürcüstanda fövqəladə vəziyyət elan olunub. Bu vaxtdan ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır.

Gürcüstanda 12 yeni yoluxma halı, ümumilikdə 66 nəfər, onlardan bir nəfər 15 yaşlı yeniyetmədir

23-24 martda yoluxduğu üzə çıxanların hamısı klinikaya gətirilməzdən əvvəl təcrid rejimində olub.

Gürcüstanda 3,320 nəfər karantin altındadır, 235 nəfər isə stasionarda saxlanılır.

İspaniyada koronavirusa yoluxan üç Gürcüstan vətəndaşı ölüb.

Martın 21-də koronavirus pandemiyasının qarşısını almaq üçün fövqəladə hal elan olunub.

Martın 23-də Kvemo Kartli regionunun Marneuli və Bolnisi şəhərləri koronavirus epidemiyası təhlükəsinə görə karantin altına alınıb.

  • Koronavirus epidemiyası dövründə boşalmış Tbilisi

Ermənistanda səbəbsiz evdən çıxmaq olmaz

Ermənistanda koronavirusun yayılmasının qarşısının alınması üçün martın 16-da elan olunan fövqəladə vəziyyət şəraitində daha sərt məhdudiyyətlər tətbiq edilib.

• Artıq xüsusi ehtiyac olmadan evdən çıxmaq olmaz. Evdən çıxdıqları zaman vətəndaşların üzərində pasport və ya ID-kart olmalıdır.

• Biznes daha çox məhdudlaşdırılıb.

• Yalnız ərzaq mağazaları, apteklər və banklar işləyə bilər. • Telekommunikasiya şirkətlərinin işinə icazə verilir.

“Əgər Qarabağda bu virus vüsət alsa, hər şey nəzarətdən çıxacaq. Korona Qarabağda at oynadacaq”.

Ermənistanda fövqəladə vəziyyət rejimi sərtləşdirilib.

Bu barədə “Sputnik” xəbər yayıb.

Məlumatda bildirilir ki, küçəyə ancaq xüsusi hallarda çıxmaq olar. Bu zaman şəxsin üzərində pasport, həmçinin evdən çıxma səbəbi və qayıtma saatının qeyd olunduğu anket olmalıdır.

Bildirilir ki, qanun pozuntuları ilə əlaqədar polis artıq 286 protokol tərtib edib, 60 nəfər şöbəyə aparılıb. Bundan başqa, avtomobilinin salonunda iki nəfərdən artıq sərnişin olan 685 sürücüyə xəbərdarlıq edilib.

Ermənistanda koronavirusa 290 yoluxma halı qeydə alınıb.

Paşinyan: «Koronavirus Qarabağda yayılsa, hər şey nəzarətdən çıxacaq»

BKu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, bildirib ki, 31 martda “DQR”də “keçirləcək” “seçkilərə” Ermənistandan gedən müşahidəçilər bu prosesin başlanğıcı olacaq.

Qeyd edək ki, Azərbaycanın işğal altına saxlanılan Qarabağ bölgəsinə ermənilərin gəlişi qadağan edilib. Yalnız “seçkiləri” müşahidə edəcək müşahidəçilər və jurnalistlər buraxılacaq.

Ermənistandan ermənilərin Azərbaycanın işğal altına saxlanılan Qarabağ bölgəsinə getməsi qadağan edilib.

Xülasəni Nurlan Məmmədli hazırladı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: