27.06.2026

Təbrik: Bəyanət Qasımov — 69

Bu gün daha bir silahdaşımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər şöbəsinin sədri Bəyanat Tapdıq oğlu Qasımovun doğum günüdür. İyun ayının 15-i Bəyanat müəllimin 69 yaşı tamam olur.

Uzun illərdir ki, təşkilatımızla çiyin-çiyinə fəaliyyət göstərən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin respublika səviyyəsində keçirilən tədbirlərində fəal iştirak edən, eyni zamanda AVMVİB-in regional layihə və tədbirlərində daim ön sıralarda yer alan Bəyanət Tapdıq oğlu Qasımov veteran hərəkatının tanınmış simalarından biridir. O, öz fəaliyyəti ilə müharibə veteranlarının cəmiyyətə inteqrasiyası, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsi istiqamətində mühüm xidmətlər göstərmişdir.

Bəyanət Qasımov ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə veteranların qayğılarının diqqətdə saxlanılması, şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən tədbirlərdə xüsusi fəallıq nümayiş etdirmişdir. O, veteranlarımızın səsinin aidiyyəti qurumlara çatdırılması, onların problemlərinin operativ şəkildə həllinə dəstək göstərilməsi və ictimai təşəbbüslərin həyata keçirilməsində hər zaman prinsipial mövqe nümayiş etdirmişdir.

Təşkilatın məqsəd və məramlarının təbliği, veteranlar arasında həmrəyliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ideyalarının təşviqi sahəsindəki fəaliyyəti Bəyanət Qasımovu veteran ictimaiyyəti arasında hörmət qazanan şəxslərdən birinə çevirmişdir. Onun fədakar fəaliyyəti, təşkilata bağlılığı və ictimai məsuliyyət hissi həm silahdaşları, həm də veteranlar tərəfindən daim yüksək qiymətləndirilir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, AVMVİB Mətbuat xidməti o cümlədən səbəbkarın yaxınları, dostları və iş yoldaşları Bəyanat Qasımovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı arzulayır.

AVMVİB-in Mətbuat xidməti

g56

image-67-768x838

image-69

image-70

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: