19.04.2024

«Seçkilər İlham Əliyevin islahatlarının davamı olacaq» — Saakaşvili

«Hesab edirəm ki, Azərbyacanın parlaq gələcəyi var. Ona görə ki, ölkənin müdrik və güclü rəhbəri var. O başa düşür ki, ölkə irəli getməlidir”.

Veteran.az bildirir ki, bu sözləri haqqın.az-a açıqlamasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.


Saakaşvili əmindir ki, güclü Azərbaycan həm də güclü Gürcüstan deməkdir. Təəssüf ki, Gürcüstanda bəzi adamlar bunu başa düşmür.


«Bəziləri Azərbaycanın gücünü etiraf etmək istəmirlər. Amma tezliklə Gürcüstanda hər şey dəyişəcək və bizim münaqibətlərimiz daha intensiv və məhsuldar olacaq”- deyə sabiq dövlət başçısı vurğulayıb.


Azərbaycanda keçirilən parlament seçkilərinə gəlincə, Saakaşvili etiraf edib ki, son zamanlar Azərbaycanın daxili siyasi proseslərini izləyə bilməyib. Lakin o vurğulayıb ki, seçkilər azad və demokratik şəraitdə keçiriləcəyinə inanır: «Heç nə öz yerində durmur. Mən şübhə etmirəm ki, Azərbaycanda seçkilər  İlham Əliyev tərəfindən başlanan islahatların davamı olacaq”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: